EN

Rusiya neftindən məhrum oldular: Slovakiya hökumətindən açıqlama

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya neftinin Drujba boru kəməri vasitəsilə ölkəyə tədarükünün dayandırılmasına baxmayaraq, Slovakiya kifayət qədər neft və neft məhsulları ehtiyatına malikdir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Slovakiya Dövlət Ehtiyatlar İdarəsi məlumat yayıb.

Fevralın 16-da Slovakiya Enerji Təhlükəsizliyi Komissiyasının təcili iclası keçiriləcək. İclasda mövcud vəziyyət qiymətləndiriləcək və ölkənin neft tədarükünün təmin edilməsi üçün gələcək tədbirlər planları müzakirə olunacaq. Açıqlamaya görə, Bratislava Drujba boru kəməri ətrafındakı vəziyyəti yaxından izləyir.

Slovakiya İqtisadiyyat Nazirliyi bildirib ki, ölkədə təxminən 90 gün üçün kifayət qədər strateji neft və neft məhsulları ehtiyatları var. İqtisadiyyat Nazirliyi fevralın əvvəlindən dayandırılmış Drujba boru kəməri vasitəsilə enerji tədarükünün yaxın günlərdə bərpa olunacağını gözləyir.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
74
3
olke.az

4Sources