Şotlandiyalı yarımmüdafiəçi Skott Maktominey "Napoli"nin bazar günü “Roma” ilə matçında iştirak etməyəcək.
90deqiqe.Az-ın məlumata görə, baş məşqçi Antonio Konte onun tam sağalmadığını nəzərə alaraq risk etməməyi üstün tutub.
Qeyd olunur ki, Maktominey əvvəlki görüşdə də eyni səbəbdən meydana çıxmamışdı – iltihab ciddi zədəyə çevrilə bilərdi. Konte komandasını bu oyunda Maktominey olmadan oynatmağa qərar verib.
Şotlandiyalı futbolçu 2024-cü ildən "Napoli"də çıxış edir, amma onun transfer hüquqları "Mançester Yunayted"a məxsusdur.