EN

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X"dəki hesabında məlumat yayıb.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub.

Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.

Chosen
19
15
missiya.az

10Sources