AZ

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTOLAR

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X"dəki hesabında məlumat yayıb.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub.

Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.

"Cebheinfo.az"

Seçilən
6
9
cebheinfo.az

10Mənbələr