EN

“Qrenlandiyanı neçəyə satırsınız?” sualına Danimarka Baş naziri belə cavab verdi

Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın dəyərinin qiymətləndirilməsi ilə bağlı suala cavab verməkdən imtina edib.

Turkustan.az-ın xəbərinə görə, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında keçirilən panel müzakirəsi zamanı danışıb.

Baş nazir bildirib ki, hər hansı ərazinin “qiymətini” müəyyənləşdirmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, İspaniyanın, ABŞ-ın və ya dünyanın başqa bir hissəsinin dəyərini qiymətləndirmək mümkünsüzdür. Qrenlandiya da bu siyahıya aiddir.

Frederiksen vurğulayıb ki, Danimarka demokratik dəyərlərə və xalqların öz müqəddəratını təyin etmək hüququna sadiqdir. O qeyd edib ki, Qrenlandiya xalqı ABŞ-ın tərkibinə qoşulmaq istəmədiyini açıq şəkildə ifadə edib və öz kimliyini qorumaq niyyətindədir.

Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsi olsa da, Trump daha əvvəl dəfələrlə adanın ABŞ-a birləşdirilməsi ideyasını gündəmə gətirib. Danimarka və Qrenlandiya hakimiyyətləri isə Vaşinqtonu ərazi bütövlüyünə hörmət etməyə çağırıblar./Globalinfo.az

Chosen
24
50
turkustan.az

10Sources