ain.az, Fanat portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının nəhəngi "Əl-İttihad" transfer bazarını sarsıtmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, klub "Real Madrid"in gənc ulduzu Eduardo Kamavinqanı hədəf seçib.
"Ciddə pələngləri" fransız yarımmüdafiəçini komandadan ayrılan həmyerlisi Nqolo Kantenin ən layiqli xələfi hesab edirlər.
"Əl-İttihad"ın yay transfer pəncərəsində "kral klubu"na rəsmi təklif göndərəcəyi və Kamavinqa üçün astronomik məbləğdən keçməyə hazır olduğu bildirilir.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.