EN

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında2026-2027-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıqplanına əsasən, Bakı şəhərində hər iki ölkənin yüksəkixtisaslıkibertəhlükəsizlik mütəxəssisləri “Defence Cyber Marvel 2026”təlimində iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Birləşmiş KrallığınOrdu Kiber Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, müxtəlifölkələrin müdafiə nazirliklərinin və dövlət qurumlarınınheyətlərinin cəlb olunduğu təlimdə real şəraitə uyğun ssenariçərçivəsində müttəfiq qüvvələrə qarşı potensial kiberhücumlarınqarşısının alınması üzrə iştirakçıların bacarıqları yoxlanılıb.

Hər iki ölkənin kibertəhlükəsizlik mütəxəssisləri kritikinfrastrukturlara edilən kiberhücumların qarşısının alınması,sistemlərdə təhlükəsizlik boşluqlarının aradan qaldırılması,informasiya texnologiyaları vasitələrinin beynəlxalq təhlükəsizliktələblərinə uyğun tənzimlənməsi, kibertəhqiqat və kiberkəşfiyyatfəaliyyətlərinin aparılması, informasiya təhlükəsizliyinin təminedilməsi və digər kibermüdafiə fəaliyyətləri üzrə tapşırıqlarınicrasında yüksək peşəkarlıq göstəriblər.

Qeyd edək ki, “Defence Cyber Marvel” təlimi Silahlı Qüvvələrinmüxtəlif strukturlarında xidmət edən heyətə kibertəhlükəsizliksahəsində bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq məqsədiləhər il təşkil olunur.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
38
13
az.trend.az

10Sources