AZ

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında 2026-2027-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin yüksək ixtisaslı kibertəhlükəsizlik mütəxəssisləri "Defence Cyber Marvel 2026" təlimində iştirak ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Krallığın Ordu Kiber Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, müxtəlif ölkələrin müdafiə nazirliklərinin və dövlət qurumlarının heyətləri cəlb olunduğu təlimdə real şəraitə uyğun ssenari çərçivəsində müttəfiq qüvvələrə qarşı potensial kiberhücumların qarşısının alınması üzrə iştirakçıların bacarıqları yoxlanılıb:

"Hər iki ölkənin kibertəhlükəsizlik mütəxəssisləri kritik infrastrukturlara edilən kiberhücumların qarşısının alınması, sistemlərdə təhlükəsizlik boşluqlarının aradan qaldırılması, informasiya texnologiyaları vasitələrinin beynəlxalq təhlükəsizlik tələblərinə uyğun tənzimlənməsi, kibertəhqiqat və kiberkəşfiyyat fəaliyyətlərinin aparılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və digər kibermüdafiə fəaliyyətləri üzrə tapşırıqların icrasında yüksək peşəkarlıq göstəriblər".

Qeyd edək ki, "Defence Cyber Marvel" təlimi Silahlı Qüvvələrin müxtəlif strukturlarında xidmət edən heyətə kibertəhlükəsizlik sahəsində bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq məqsədilə hər il təşkil olunur.

Seçilən
10
13
qaziler.az

10Mənbələr