EN

Eynulla Fətullayev: ”Ramiz Mehdiyev işində məni ən çox yandıran…”

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Ramiz Mehdiyevin işində məni ən çox əzən, yandıran, incidən bu cür savadsız və primitiv şəxsin dövlətin ali rəhbərliyində təmsil olunması deyil. Bəzən dünyada, Azərbaycanda isə tez-tez savadsız və səviyyəsiz adamları yüksək dövlət vəzifələrində görürük”.

Gununsesi.info bildirir ki, bunu haqqn.az saytının baş redaktoru Eynulla Fətullayev yazıb.

Jurnalist daha sonra əlavə edib:

“5 kitab oxumayıblar, amma 150 kitab oğurlayıblar. Məni ən çox yandıran Mehdiyevin akademik kürsüsünə ucaldılması idi…

Amma hazırkı Akademiya prezidenti İsa Həbibbəylinin şerlərini və traybozavr sifətinin ifadəsinə diqqət çəkəndə anlayırsan ki, Mehdiyev hələ də sağdır, ölməyib, kürsüdən salınmayıb. İsa Həbibbəyli Mehdiyevin ən böyük sənət əsəridir, “mehdiyevşinanın” canlı nümunəsidir. Mehdiyev yenilməyib və sağdır! Əks halda İsa Həbibbəyli kimi Şarikov necə də Akademiya prezidenti ola bilər?! Mehdiyev ölüb, amma onun əsəri Həbibbəyli yaşayır. Elmin cəsədi ortada, Həbibbəyli isə rəqs edir. İsa bilsəydi ki Həbibbəyli onun adını daşıyacaq…”

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources