EN

“Əl-İttihad” Kamavinqa üçün “Real”a təklif hazırlayır

"Real Madrid" komandasının yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "365Scores"ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı futbolçunu transfer etmək niyyətindədir.

Bildirilir ki, Səudiyyə təmsilçisi “kral klubu”nun futbolçusunu N'Qolo Kantenin əvəzləyicisi kimi görür. “Əl-İttihad” klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Kamavinqa ilə "Liverpul" və "Arsenal" maraqlanır.

Kamavinqanın “Real Madrid”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Bununla belə, Səudiyyə Pro Liqasında təklif olunan yüksək maliyyə şərtlərinin İspaniya klubunu düşünməyə vadar edə biləcəyi qeyd olunur.

Kante daha əvvəl "Fənərbağça" klubuna transfer olunub.

  

Chosen
63
90deqiqe.az

1Sources