EN

16 yaşlı mingəçevirli boksçu Bakıda vəfat etdi

MİNGƏÇEVİR, 14 fevral. TELEQRAF

MDB oyunlarının çempionu 16 yaşlı mingəçevirli boksçu vəfat edib.

Teleqraf-ın Mərkəzi aran bürosu xəbər verir ki, 2010-cu il təvıllüdlü Əli Fazil oğlu Ruşanov bir neçə gün öncə 19 yaşlı boksçular arasında keçirilən ölkə birinciliyini izləmək üçün Bakıya gəlib.

Əlinin atası həmin yarışlarda məşçi kimi iştirak edib.

İlkin məlumata görə, yeniyetmə boksçu paytaxtda yıxılaraq xəsarət alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Əli Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

Chosen
108
17
teleqraf.com

10Sources