EN

Pəhləvi Trampa müraciət etdi: İslam Respublikasına son qoymağın vaxtıdır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi ABŞ prezidenti Donald Trampı İran xalqına ayətullah rejimini devirməyə kömək etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı Münhen Təhlükəsizlik Konfransında verib.

"İran xalqı sizin kömək yolda olduğuna dair sözlərini eşidib və sizə inanır. Onlara kömək edin", - deyə o bildirib.

Pəhləvinin sözlərinə görə, 1979-cu ildə monarxiyanın devrilməsindən sonra qurulan İslam Respublikasına son qoymağın vaxtıdır.

"İslam Respublikasına son qoymağın vaxtıdır. Həmvətənlərimin qan tökülməsi fonunda səsləndirilən bu tələb bizdən rejimi düzəltməyi deyil, onu basdırmağa kömək etməyimizi istəyir", - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranda ayətullah rejiminin dəyişməsinin baş verə biləcək ən yaxşı şey olacağını bildirib. O, İslam Respublikasına hərbi təzyiqi artırmaq üçün Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərdiyini qeyd edib.

"Reuters" agentliyinin məlumatına görə, Amerika lideri hələ İrana zərbə ilə bağlı yekun qərar verməyib. Mənbələr ABŞ ordusunun mümkün çoxhəftəlik hərbi kampaniyaya hazırlaşdığını bildirir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
83
icma.az

1Sources