EN

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində Azərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə və bacarıqla gəlib.

Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsert proqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayram əhvali-ruhiyyəsi yaradıb.

Chosen
21
10
xalqqazeti.az

10Sources