AZ

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub – VİDEO

Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində Azərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə və bacarıqla gəlib.

Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsert proqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayram əhval-ruhiyyəsi yaradıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

4546760ca2717b6ad26ce96af61b7a33

c15c7c816995bb69f3ea4cb1f4788189

35354bfb3f936b2cf60cb108db379942

Seçilən
43
10
poliqon.az

10Mənbələr