EN

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu (FOTO)

Bakı. Trend:

Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsindəAzərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbirkeçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi hissənin şəxsiheyətinin, Həzi Aslanov adına Ordu - İdeoloji və MədəniyyətMərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdəAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənuğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeydolunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissəhər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindənlayiqincə və bacarıqla gəlib.

Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsertproqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayraməhval-ruhiyyəsi yaradıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
37
10
az.trend.az

10Sources