“Əziz Volodimir, Ukraynanın Avropa İttifaqına qoşulmasına dəstək olaraq daha bir kampaniya çıxışı üçün çox sağ ol. Bu macarıstanlılara vəziyyəti daha aydın görmək üçün çox böyük kömək olacaq. Buna baxmayaraq, bir şeyi səhv anlayırsan: müzakirə mövzusu mən və ya sən deyilsən. Söhbət Macarıstan, Ukrayna və Avropanın gələcəyindən gedir. Məhz buna görə də siz Avropa İttifaqının üzvü ola bilməzsiniz”,- Orban Zelenskiyə cavab verib.