EN

"Mançester Siti"nin ulduzu İngiltərəni İtaliyaya dəyişir - SON DURUM

Yayda yarımmüdafiə xəttini gücləndirmək üçün indidən planlar hazırlayan "Yuventus"un əsas transfer hədəfi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Turin klubu portuqaliyalı Bernardu Silvanı heyətinə cəlb etməyə çalışır.

İnformasiyanı "Calciomercato" yayıb. 

Mənbənin məlumatına görə, tərəflər artıq ilkin təmaslara başlayıblar. Silva İtaliya nəhənginə azad agent kimi keçə bilər. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti iyunun sonuna qədərdir. 

Portuqaliyalı yarımmüdafiəçi 2017/2018 mövsümündən bəri "Mançester Siti"də çıxış edir.

Chosen
84
1
fanat.az

2Sources