EN

"Tramp Xamenei ilə görüşməyə hazırdır"

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşməyə hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio "Bloomberg"ə müsahibəsində deyib.

Rubionun sözlərinə görə, əgər günü sabah Xamenei görüşmək istədiyini desə, Tramp buna razılaşar.

Dövlət katibi qeyd edib ki, bu, Trampın Xamenei ilə razılaşdığı anlamına gəlməməlidir.

"Prezident Tramp problemlərin həlli yolunun bu olduğunu düşünür. Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir", - Rubio bildirib. /APA

Milli.Az

Chosen
18
10
milli.az

10Sources