EN

La Liga: “Yaralı” “Barselona” “Jirona”nı sınağa çəkir, “Real Madrid” zirvə üçün pusquda in İCMALI

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniya futbol üzrə La Liqasında bu gün 24-cü turun əsas oyun günlərindən biri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu mövsüm (demək olar ki, hər zaman olduğu kimi) İspaniyada çempionluq yarışı “Barselona” ilə “Real Madrid” arasında gedir: kataloniyalılar 58 xalla liderdir, madridlilər isə cəmi bir xal geri qalırlar. İlk dördlükdə “Atletiko Madrid” və “Vilyarreal” da yer alır. Daha aşağı pillələrdə isə, xüsusilə avrokubok zonasında xal fərqləri minimaldır və sıxlıq kifayət qədər yüksəkdir.

“Real Madrid” - “Real Sosyedad” (14 fevral)

“Real Madrid” üçün bu qarşılaşma komandanı müvəqqəti olaraq turnir cədvəlinin zirvəsinə yüksəldə bilər. Klub daxilində açıq şəkildə bildirilir ki, qələbə “Jirona” - “Barselona” matçını gözləyərkən birinci pilləyə çıxmaq imkanı yaradacaq.

Forma baxımından “Real Madrid” inamlı təsir bağışlayır: La Liqada komanda “Rayo Valyekano”nu (2:1) və “Valensiya”nı (2:0) məğlub edib, daha əvvəl isə səfərdə “Vilyarreal” üzərində 2:0 hesablı qələbə qazanıb. Xüsusi vurğulanmalı məqam Kilian Mbappenin məhsuldarlığıdır - o, artıq altı turdur ardıcıl qol vurur və komandanın ən yaxşı bombardiri olaraq qalır.

Qonaqlar isə mövsümün ən stabil mərhələlərindən birini yaşayırlar. Bask təmsilçisi baş məşqçi Pelleqrino Mataratsonun təyinatından sonra doqquz oyundur məğlub olmur və həftə ərzində İspaniya Kubokunda da qələbə qazanıb. La Liqada “Real Sosyedad” son turlarda “Atletik Bilbao” ilə 1:1 hesablı heç-heçə edib və “Elçe”ni 3:1 hesabı ilə məğlub edib.

“Jirona” - “Barselona” (16 fevral)

“Montilivi” stadionunda keçiriləcək bu qarşılaşma turun son oyunudur və birbaşa turnir cədvəlinin zirvəsinə təsir edir. “Barselona” üçün bu, həm də İspaniya Kubokunun yarımfinalının ilk oyununda “Atletiko Madrid”ə 0:4 hesablı ağır məğlubiyyətdən sonra psixoloji dayanıqlılıq sınağıdır.

Bununla belə, La Liqada Hans-Diter Flikin komandası kifayət qədər inamlı çıxış edir: son vaxtlar “Malyorka” (3:0) və “Elçe” (3:1) üzərində qələbələr qazanılıb. Klub ətrafında həftənin əsas xəbərlərindən biri də Superliqa məsələsi olub: “Barselona” layihədən çıxıb və yenidən Avropa Klublar Assosiasiyasına qəbul edilib. Bu isə “göy-qırmızılar”ın ənənəvi Avropa futbol ailəsinə qayıdışı kimi qiymətləndirilir.

“Jirona” hazırda 12-ci pillədə qərarlaşıb və anlayır ki, bu oyunda mümkün sensasiya sıx orta qrupda komandanı dərhal daha yuxarı mövqelərə daşıya bilər. Son turlarda “Jirona” “Sevilya” ilə 1:1 hesablı heç-heçə edib və “Oviedo”ya 0:1 hesabı ilə uduzub. Şübhəsiz ki, 24-cü turda “Jirona” açıq-aşkar autsayderdir. Lakin İspaniya Kubokundakı darmadağından sonra “Barselona”nın psixoloji vəziyyəti katalon derbisində meydan sahibləri üçün əlavə şans yarada bilər.

24-cü turun digər oyunları

13 fevral

“Elçe” – “Osasuna” 0:0

14 fevral

“Xetafe” – “Vilyarreal”

“Espanyol” – “Selta”

“Sevilya” – “Alaves”

15 fevral

“Rayo Valyekano” – “Atletiko Madrid”

“Oviedo” – “Atletik Bilbao”

“Levante” – “Valensiya”

“Malyorka” – “Betis”

14 fevral 2026-cı il tarixinə turnir cədvəli

“Barselona” – 58

“Real Madrid” – 57

“Atletiko Madrid” – 45

“Vilyarreal” – 45

“Betis” – 38

“Espanyol” – 34

“Selta” – 33

“Real Sosyedad” – 31

“Osasuna” – 30

“Atletik Bilbao” – 28

“Xetafe” – 26

“Jirona” – 26

“Elçe” – 25

“Sevilya” – 25

“Alaves” – 25

“Malyorka” – 24

“Valensiya” – 23

“Rayo Valyekano” – 22

“Levante” – 18

“Oviedo” – 16

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources