EN

Merzlə Makron arasında fikir ayrılığı Kansler ortaqlığı qəti şəkildə rədd etdi

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın Kansleri Fridrix Merz Avropa Birliyi daxilində ortaq borclanma ideyasına bir daha yox dedi.Belçikada digər 26 Avropa Birliyi lideri ilə keçirilən sammitdən sonra jurnalistlərə açıqlama verən Merz, “Bunu istəmirəm, amma istəsəm belə, edə bilmərəm”, – deyib.

***

Merz Almaniya Federal Konstitusiya Məhkəməsinin federal hökumət üçün bu məsələdə çox aydın hüquqi çərçivə müəyyən etdiyini qeyd edərək, “Eurobond” kimi tanınan ortaq Avropa istiqrazlarının Almaniya üçün mümkün olmadığını vurğulayıb. O bildirib ki, bu səbəbdən yeni bir ortaq borclanma modelinin gündəmə gətirilməsi mümkün deyil.

***

Keçirilən sammitdə mövzunu xüsusilə Fransanın Prezidenti Emmanuel Makron gündəmə gətirib.Makron Avropa iqtisadiyyatını canlandırmaq üçün ortaq borclanma mexanizminin getdikcə daha geniş dəstək qazandığını müdafiə edib.Dekabr ayında Avropa Şurasının Ukraynaya borclanma əsaslı dəstək qərarını xatırladan Makron, milyardlarla avroluq Avropa Birliyi müdafiə fondu “Safe”i də “bir növ Eurobond” kimi xarakterizə edib.

***

Merz isə keçmişdə yalnız istisna şəraitdə ortaq Avropa borclanmasına gedildiyini xatırladıb. “Avropa artıq mövcud resursları ilə kifayətlənməlidir”, – deyən kansler, qərarların mövcud büdcə imkanları çərçivəsində qəbul edilməsinin vacibliyini vurğulayıb.Yaxın dövrdə Avropa Birliyi liderlərinin maliyyə strukturunu daha geniş şəkildə müzakirə etməsi gözlənilir. Bu proses fonunda Almaniya ilə Fransa arasında mövqelərin ciddi şəkildə fərqlənməsi diqqət çəkir.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
www.bakupost.az

1Sources