EN

Maka Boçorişvili: Orta Dəhliz təkcə nəqliyyat yolu deyil, həm də təhlükəsiz, sürətli və effektiv iqtisadi körpüdür

ain.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 14 fevral, AZƏRTAC

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Avrasiya strateji nizamının müəyyənləşdirilməsi: Orta Dəhliz sabitlik, sülh, təhlükəsizlik və bağlantı üçün Avropa təhlükəsizlik gündəliyi kimi” mövzusunda panel müzakirəsində iştirak edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, nazir Orta Dəhlizin inkişafı kontekstində Gürcüstanın roluna diqqət yetirib və əlaqənin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Orta Dəhliz təkcə nəqliyyat yolu deyil, həm də təhlükəsiz, sürətli və effektiv iqtisadi körpüdür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
1
azertag.az

2Sources