İngiltərə Futbol Assosiasiyası yarımmüdafiəçi Rodriyə qarşı ittiham irəli sürüb.
Publika.az xəbər verir ki, “Mançester Siti”nin oyunçusu “Tottenhem”ə qarşı keçirilən oyundan sonra hakimləri tənqid edib. Oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.
BBC-nin məlumatına görə, Rodri idmançıya yaraşmayan davranışda ittiham olunur. İspaniyalı futbolçu ittihamlara müəyyən edilmiş müddət ərzində cavab verməlidir.