EN

Uşaq gimnastikası: Sağlam və güclü inkişafın açarı

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Soydaşımız Evelina Quliyeva Tbilisi şəhərində dörd yaşından bəri bədii gimnastika ilə məşğul olur və 72 saylı məktəbin 3-cü sinif şagirdidir. Əvvəlcə həvəskarlar qrupunda məşq edib, lakin xüsusi əzmkarlığı, zəhməti və məşqçinin tövsiyələrini dəqiq yerinə yetirməsi ilə tezliklə  yüksək uğurlar  qazanıb. Daimi zəhməti və qətiyyəti sayəsində tezliklə “İsani-Samqori Kompleks İdman Mərkəzi”nin idman qrupuna yazılıb,  artıq müxtəlif beynəlxalq  turnirlərdə və çempionatlarda fəal iştirak edir.

Evelina çoxsaylı yerli federasiya və beynəlxalq yarışların qalibi və mükafatçısıdır.

O, yüksək sənətkarlığı və ifa zərifliyi ilə seçilir ki, bu da onu tez-tez yarışların favoritinə, eləcə də təşkilatçıların və tamaşaçıların sevimlisinə çevirir.

Evelina Gürcüstanı həm Gürcüstandan kənarda, həm də Gürcüstanda beynəlxalq turnirlərdə təmsil edən yeganə Azərbaycan gimnastdır.

Evalina Quliyeva bildirir ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Gimnastlar uşaqlıq yaşlarından ciddi məşqlərə başlayır, hər gün bədən elastikliyi, güc, çeviklik və koordinasiya üzərində çalışır, dəqiq texniki hərəkətləri təkrarlayaraq bədəni və zehni bir vəhdətdə inkişaf etdirirlər. Gimnastda ən vacib keyfiyyətlərdən biri intizam və səbrdir – uzun illər boyunca gündəlik məşqlər, bəzən minlərlə dəfə eyni elementi yerinə yetirmək, uğur qazanmaq üçün vacibdir. Həm bədən, həm də psixoloji hazırlıq – qorxunu dəf etmək, stresə tab gətirmək, diqqəti və artistliyi qorumaq – bu idmançını digər növlərdən fərqləndirir.

2025-ci ildə Evelina Quliyeva Tbilisinin Fəxri İdmançısı adına layiq görülüb və şəxsən Tbilisi meri cənab Kaxa Kaladze tərəfindən mükafatlandırılıb.

Bu mərhələdə Evelinanın əsas məqsədi Gürcüstan milli komandasının üzvü olmaq və gələcəkdə beynəlxalq arenada ölkə çempionu kimi yerini möhkəmləndirməkdir.Onun idmandakı yolu istedadın, zəhmətin və qətiyyətin həmişə nəticə verdiyinə dair təsirli bir nümunədir. 

20-23 dekabr 2025-ci il tarixlərində Kiprin Larnaka şəhərində 12 ölkədən 370 gimnastın qatıldığı Milad Kuboku beynəlxalq turnirində Evelina topla hərəkətdə birinci yeri tutub və həmçinin "Miss Artistic" xüsusi mükafatına layiq görülüb.

“ PAZHAVA KUBOKU ” beynəlxalq bədii gimnastika turnirləri - 2-ci yer

Kiprdə keçirilən Trikomiti kuboku bədii gimnastika yarışı - 1-ci yer

2025-ci il Müstəqillik Kuboku regional yarışı - üç dəfə 1-ci yer

Gürcüstan Kuboku - 1-ci yer

Teona Zivzivadze RGTZ KUBOKU - 1-ci yer

Sagarejo Neli Saladze Regional İdman Birliyi - 1-ci yer

BEYNƏLXALQ BƏDİİ GİMNASTİKA MARAFONU - 1-ci yer

Saxa Milli Bədii Gimnastika Federasiyası - 3-cü yer

Klublar arasında yarış - Miss Valentine 1-ci yer

Telavi Beynəlxalq Turniri - 1-ci yer

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
xalqqazeti.az

2Sources