Ajans.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bu qərar "Barselona"nın Super Liqa ilə əlaqəsini dayandırması və yenidən qoşulmaq üçün müraciət etməsindən sonra verilib. AFA-nın direktorlar şurası təşkilatın nizamnaməsinə uyğun olaraq klubun geri qayıtmasını yekdilliklə təsdiqləyib. AFA prezidenti Nasser Əl-Xelayfi idarə heyətinin iclasında "Barselona"nın təklifini şəxsən təqdim edib. Bəyanatda həmçinin razılığa gəlməkdə əsas amilin təşkilatla münasibətlərin bərpasında açıq istək və proaktiv mövqe nümayiş etdirən Joan Laporta olduğu vurğulanıb.