EN

Türkiyə "ölum qrupu"nda:

UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda yer alan qardaş Türkiyənin rəqib sarıdan bu dəfə bəxti gətirməyib. Metbuat.az xəbər verir ki, bu açıqlama ilə püşkatmanın nəticəsini dəyərləndirən türkiyəli mütəxəssislər çıxış ediblər. Onlar ay-ulduzlu komandanın çətin sınaq qarşısında olduğunu deyiblər. Türkiyəli futbol mütəxəssisləri milli komandanın qrupdan çıxmaq üçün əməlli-başlı tər axıtmalı olacağını vurğulayıblar. Hətta bunun mümkün olmadığını etiraf edən ekspertlər də tapılıb.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Fransa, İtaliya və Belçika yığmasi ilə eyni qrupda mübarizə aparacaq.

Chosen
139
metbuat.az

1Sources