İran Müdafiə Şurasının katibi Əli Şamxani 13 fevralda İran ordusunun yüksək hazırlıq səviyyəsində olduğunu açıqlayıb. “İran ordusu yüksək hazırlıq səviyyəsindədir.
Qarşı tərəfin səhv hesablamaları onlara baha başa gələcək.”, – Əli Şamxani deyib.
O, həmçinin İslam Respublikasının ona qarşı yönəlmiş istənilən avantüraya güclü cavab verməyə hazır olduğunu vurğulayıb. “İrana qarşı yönəlmiş istənilən avantüraya güclü, qətiyyətli və müvafiq şəkildə cavab verəcəyik”, – Müdafiə Şurasının katibi bildirib. O, regionda təhlükəsizlik vəziyyətinin daha mürəkkəbləşdiyini və xüsusi koordinasiya mexanizmləri tələb etdiyini bildirib.
Şamxani diplomatik səylərin hazırda gərginliyin azaldılmasına və əsasən siyasi yanaşmaya yönəldiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az