AZ

Əli Şamxani İran ordusunun yüksək hazırlıq səviyyəsindən danışdı: Onlara baha başa gələcək

İran Müdafiə Şurasının katibi Əli Şamxani 13 fevralda İran ordusunun yüksək hazırlıq səviyyəsində olduğunu açıqlayıb. “İran ordusu yüksək hazırlıq səviyyəsindədir.

Qarşı tərəfin səhv hesablamaları onlara baha başa gələcək.”, – Əli Şamxani deyib.
O, həmçinin İslam Respublikasının ona qarşı yönəlmiş istənilən avantüraya güclü cavab verməyə hazır olduğunu vurğulayıb. “İrana qarşı yönəlmiş istənilən avantüraya güclü, qətiyyətli və müvafiq şəkildə cavab verəcəyik”, – Müdafiə Şurasının katibi bildirib. O, regionda təhlükəsizlik vəziyyətinin daha mürəkkəbləşdiyini və xüsusi koordinasiya mexanizmləri tələb etdiyini bildirib.

Şamxani diplomatik səylərin hazırda gərginliyin azaldılmasına və əsasən siyasi yanaşmaya yönəldiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr