EN

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib.

"Far.Az" xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan UNEC kollektivi 3:1 (25:23, 19:25, 25:23, 25:23) hesablı qələbə qazanıb.

Görüş UNEC-in idman zalında baş tutub.

Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Chosen
14
3
far.az

4Sources