EN

Avstraliyada konstruksiya çökdü: Yüzə yaxın hərbçi xəsarət aldı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Avstraliyanın ən böyük hərbi bazasında müvəqqəti tribunanın çökməsi nəticəsində yüzə yaxın hərbçi xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, hərbçilər şəkil çəkdirən zaman konstruksiyanın çökməsi səbəbindən hadisə yerinə xeyli sayda tibb işçisi cəlb edilib.

Xəsarət alanlara ilk tibbi yardımı hərbçi yoldaşları göstəriblər.

Avstraliya Müdafiə Nazirliyi xəsarətlər alanların həyati təhlükəsinin olmadığını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
2
oxu.az

3Sources