EN

Əməkdaşlar ancaq Tik tok da videolara baxmaqla məşğuldur Bank Respublika dan şikayət var

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Şikayətim "Bank Respublika"dandır"".

Bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "İki həftədən artıqdır ki, kartımı əsassız yerə bloklayıblar. Kartı götürdüyüm cəmi 2 gün idi. 2 gün ərzində cəmi 14 əməliyyatla 1100 manat pul gəlmişdi kartıma. Bundan 450 manatı nağdlaşdıra bilsəm də, kartda qalan 650 manatı əsassız şəkildə blok etdilər.

Filiallarına yaxınlaşmağıma baxmayaraq hərəsi bir söz deyir. Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldurlar. Ən sonda baş ofisə yaxınlaşdım, mənə dedilər ki gələn pullar barədə qəbz təqdim et. Qəbzləri təqdim etdim, ancaq onunla da kifayətlənmirlər... İndi isə bildirirlər ki, qəbzi yollayan, insanlarla aranızda olan mesajlaşmanı da göstər. Mən bunlara bildirmişdim ki, məndə "vatsap" danışıqları hamısı 24 saat ərzində silinir....

"Bank Respublika", etdiyiniz biabırçılığın adı nədir? Mənim kartımı ləğv edib, vəsaitimi verin. Bu pula çox ehtiyacım var..."(dia.az)

Qeyd edəkki, bu bankın Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu deyilir.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
137
mia.az

1Sources