EN

“Oyunun iş gününə, iş saatına düşməsinə görə...”

Ölkə kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” - “Zirə” oyununda qonaqları cəmi dörd azarkeşin dəstəkləməsi maraqlı görüntü idi. Klub rəsmi hesabında, baş məşqçi Rəşad Sadıqov “instaqram”da onlara təşəkkürünü bildirdi.
Avrokuboklara vəsiqəyə iddialı “Zirə”ni Sumqayıtda cəmi 4 nəfərin dəstəkləməsi üzücüdü. Düzdü, həmin gün hava soyuq idi, Zirə və Sumqayıt arasında məsafə böyükdü. Amma daha 4 azarkeş…
“Zirə”nin azarkeşlərlə klub arasında əlaqələndiricisi Elgün Cəfərli: “Bu mövzu maraqla, qeyri-adi qarşılandı. Həm tərif, həm də tənqid olunduq. Azarkeşlik sayla ölçülmür. Bu aydın məsələdi. Bu qədər az azarkeşin gəlməsinin də bir neçə səbəbi var. Birincisi oyunun iş gününə, ikincisi iş saatına - 5-ə düşməsidi. “Qartallar”ın üzvləri kənd uşaqlarından, tələbələrdən, 10-11-ci sinif şagirdlərindən ibarətdi. Onların dərs, hazırlıq gününə, işləyənlərin iş saatına düşdü. Bu gözlənilən idi. Sayın az olacağından xəbərimiz var idi. Həm də hava şəraiti amili. Kəskin soyuq, külək, qar - uyğun hava deyildi. Bu amillər də rol oynadı. O ki qaldı Zirədəki oyunlara, Zirə balaca kənddi. Kəndin bu başından o başına 15-20 dəqiqəlik yoldu. Orda rahat gəlib baxa bilirlər. Sayda da problem olmur. Həm də nəzərə alaq ki, bu səfər oyunudu. Stadiona gedən dörd azarkeşimizin hər birinə bir daha dərin təşəkkürümüzü bildiririk. Oyunun saatına, hava şəraitinə baxmayaraq, gəlib komandamıza dəstək oldular”.
MÜZƏFFƏR QULUZADƏ

Chosen
118
football-plus.az

1Sources