EN

ABŞ İranla razılığa gəlib? İran nikbindir, Tramp isə...

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ İranın danışıqlar üçün şərtlərini, o cümlədən Omanda görüşlər keçirmək və orada yalnız nüvə məsələlərini müzakirə etmək şərtlərini qəbul edib.

“AzPolitika” xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Mahmud Nəbavian belə bir açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, Vaşinqton özü danışıqlar tələb edib və Tehranın şərtlərini, o cümlədən İranın uranı zənginləşdirmək hüququnun tanınmasını qəbul edib.

Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə edilməli olduğunu, əks halda bunun ölkə üçün "çox travmatik" nəticələrə səbəb ola biləcəyini demişdi. Amerika lideri qeyd edib ki, "Netanyahu ilə çox yaxşı görüş keçirib və o, hər şeyi başa düşür, amma nəticədə İranla razılaşmanın ədalətli və faydalı olub-olmadığına qərar vermək mənim ixtiyarımdadır və düşünürəm ki, bu, onlar üçün çox çətin bir dövr olacaq".

Tramp həmçinin əlavə edib ki, İranla özü istədiyi qədər danışacaq.

Bundan əvvəl isə Tramp demişdi ki, İrana qarşı 2025-ci ilin yayında ölkənin nüvə obyektlərinə zərbə endirilməsilə müqayisə ediləcək qədər çox sərt tədbirlərin görülməsini istisna etmir. Bütün bunların fonunda İran rəsmisinin Trampın Tehranın şərtlərilə razılaşması barədə dedikləri bir qədər müəmmalı görünür. Digər yandan, ABŞ regiondakı hərbi mövcudluğunu daha da gücləndirir. Belə ki, "The New York Times" qəzetinin məlumatına görə, ABŞ "Gerald R. Ford" təyyarədaşıyan gəmisini Karib dənizindən Yaxın Şərqə yönləndirir. Bu gəmi 3 yanvarda Venesuela paytaxtı Karakasa hücumda iştirak edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
22
azpolitika.info

10Sources