EN

Robot müəllimlər sinfə girir: Pedaqoqları hansı gələcək gözləyir?

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə süni intellekt ixtisası üzrə peşəkarlıq artırılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, süni intellekt yaxın gələcəkdə bir çox ixtisasları öz əhatəsinə alacaq:

"Süni intellekt bəlkə də sahələrdən, peşələrdən, ixtisaslardan 70-80 faizinə nüfuz göstərə biləcək. Çünki hal-hazırda əgər bir robot müəllim sinfə girib tədris prosesini həyata keçirə bilirsə, ona yüklənən data analitika, süni intellekt, "ChatGPT" proqramları vasitəsilə tədris proqramını həyata keçirir və şagirdlərin suallarını rahat bir şəkildə cavablandıra bilirsə, bu o deməkdir ki, artıq süni intellekt pedaqoqların da peşəsinə müəyyən qədər təsir göstərəcək".

Müsahibimiz qeyd etdi ki, qloballaşan dünya insan faktorunu kənara çıxarıb, xüsusilə də daha çox istehsalat sahəsində süni intellekt proqramlarından istifadə etməyə üstünlük verir:

"Dünya nəhəngləri süni intellekt proqramının təkmilləşdirilməsi istiqamətində 400 milyard dollar vəsait qoyublar. Hal-hazırda mühasibatlıq, maliyyə proqramları həyata keçirilir ki, o proqramlar vasitəsilə artıq demək olar ki, mühasiblərin çoxuna ehtiyac qalmayacaq. Rahat bir şəkildə elektron formada süni intellekt proqramları mühasibatlığı rahat bir şəkildə analiz edəcək, bütün şirkətin maliyyə, vergi və s. proqramlarını tərtib edəcək. Bəlkə də cəmi bir-iki mühasib şirkətə tam bəs edəcək, çünki 10 mühasibdən 7-8-i ixtisara düşmüş olacaq.

Cənab prezidentin bu tapşırığı çox gözəl bir addım oldu və hesab edirəm ki, yaxın 5-10 ilə artıq qloballaşan dünyanı cənginə almış süni intellektlə biz rahat şəkildə mübarizə apara biləcəyik. Bu təşəbbüsü yüksək qiymətləndirirəm. Bu, həm də kadr hazırlığında öz təsirini göstərəcək. Süni intellekt proqramlarını, data proqramlarını, rəqəmsallaşmanı bilən kadrlar əmək bazarında rahatlıqla iş tapa biləcəklər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
1
redaktor.az

2Sources