EN

Gənclik artıq elm adamlarına deyil, blogerlərə bənzəmək istəyir Təhsil eksperti

ain.az, 525.az saytına istinadən bildirir.

“Bu gün məktəbdə müəllimin, evdə isə valideynin uşağa tərbiyə verməsi çox çətindir. Valideyn nə qədər çalışsa da, müəllim səy göstərsə də, uşaq sosial medianın, açıq-saçıq seriallarların, lazımsız kompüter oyunlarının təsiri altında qalır. Eləcə də, bu istiqamətdə olan hazır ətrafı , mənfi çevrəsi, yoldaşları onun düzəlməsinə mane olur. Bu gün uşaq üçün valideyn qorxusu, müəllim tərbiyəsi demək olar ki, mənasız görünür. Valideyn nə qədər əxlaqdan danışsa da, uşaq seriallarda, sosial platformalarda gördüklərinə etibar edir və ona istiqamətlənir. Müəllim nə qədər tədris desə də, şagirdin ağlında təhsilsiz çox qazanan tik-tokerlərdir”. 

Bunu 525.az-a təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib. Ekspertin sözlərinə görə, gənclik artıq elm adamlarına deyil, blogerlərə bənzəmək istəyir. Çünki dövr ona deyir ki, alimin yaşam tərzi ilə blogerin yaşam tərzi başqadır.  Buna görə də, uşaq, çox təəssüf ki, bloger olacam deyir:

“Bu gün gənclərin ideoloqu namusluq edənlər, lüt gəzənlərdirsə, oturub ciddi düşünmək lazımdır. Bu gün sosial platformalarda təhsil ilə bağlı paylaşım 10 , əxlaqsız bir paylaşım isə 100 bəyəni alırsa, bunun günahkarı bizik. Onları bəyənən, qazanclarına qazanc qatan bizlərik. Bu gün 100 etdiyimiz mənfilər, sabah övladımızın qarşısına çıxacaq. Çox təəssüf olsun ki, biz valideynlər də övladlarımıza kifayət qədər örnək ola bilmirik. Övladımızın qarşısında kitabı deyil, telefonu qurcalayırıq. Sonra da oturub zəmanədən gileylənirik. Elə o zəmanəni biz pozub övladımızın önünə qoyuruq, ardınca da fəryad qoparırıq. Övladımızı telefonsuz məktəbə göndərməkdə çətinlik çəkirik. Telefonu əlindən almaqda acizlik göstəririk. Niyə bilirsinizmi? Çünki özümüz səhərdən axşama kimi telefonu qurcalayırıq. Gənclik məhv olur, övladlarımız uçuruma sürüklənir. Biz də sadəcə seyr edirik. Sadəcə seyr etmirik, həm də köməklik edirik... Unutmayın, cəmiyyəti uçuruma sürükləyənlər arzusuna bizlərin sayəsində çatır”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
170
525.az

1Sources