EN

Reabilitasiya mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 11 uşaq infeksiyaya YOLUXDU

Altayda reabilitasiya mərkəzində kütləvi zəhərlənmə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Altay diyarında yerləşən “Raduqa” reabilitasiya mərkəzində azyaşlılar arasında kütləvi yoluxma halı qeydə alınıb.

Məlumata görə, mərkəzin 11 yetirməsi kəskin bağırsaq infeksiyası diaqnozu ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı artıq Altay diyarı üzrə İstintaq Komitəsi tərəfindən “səhlənkarlıq” maddəsi ilə cinayət işi başlanılıb.

Yerli Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda xəstəxanada olan uşaqlardan ikisinin vəziyyəti orta-ağır dərəcəli olaraq qalır.

Hazırda mütəxəssislər infeksiyanın yayılma səbəblərini və mərkəzdəki sanitar vəziyyəti araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
99
interpress.az

1Sources