EN

Rusiya ordusunun Ukraynaya zərbəsi nəticəsində 3 qardaş ölüb, ana və nənə yaralanıb

Rusiyanın ordusunun Ukraynanın Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Donetsk Vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Prokurorluğun açıqlamasına görə, mərminin fərdi yaşayış evinə düşməsi nəticəsində üç qardaş ölüb. Hadisə zamanı onların anası və nənəsi isə yaralanıb.

Chosen
20
4
apa.az

5Sources