EN

Avtomobil dərəyə yuvarlandı - 7 nəfər həlak oldu 

Türkiyənin Adıyaman şəhərində avtomobil yoldan çıxaraq yuvarlanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 3-ü körpə olmaqla, ümumilikdə, 7 nəfər yaralanıb.

Əldə edilən məlumatlara görə, Abdülkadir K.-nın idarə etdiyi avtomobil, Adıyamana bağlı Çelikhan yolunun Bağlıca kəndi yaxınlarında sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq şossedən yuvarlanıb.

Hadisə nəticəsində sürücü Abdülkadir K., avtomobildə olan Sidar B., Sabriye Ç., Dilay K. və yaşları 1-3 arasında olan, adları hələ müəyyən edilməyən 3 körpə yaralanıb.

Yaralılar hadisə yerinə gələn təcili yardım komandası tərəfindən ilkin müdaxilələr edildikdən sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Chosen
16
manset.az

1Sources