EN

Məşhur türk serialı ilə bağlı yekun QƏRAR

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sahipsizler serialının taleyi ilə bağlı qərar verilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi yaxın zamanda final edəcək. Layihənin 51-ci bölümdə izləyiciləri ilə vidalaşacağı bildirilib. Qərarın əsas səbəbi kimi isə hər bölüm üçün çəkiliş xərclərinin qarşılanmasında yaranan çətinlik və layihənin maliyyə baxımından zərərə düşməsi göstərilib.

Qeyd edək ki, serialın baş rollarında Hazal Subaşı, Kaan Mirac Sezen, Burak Berkay Akgül və Doğa Bayram yer alır. Serial yayımlandığı müddətdə geniş tamaşaçı auditoriyası toplamağı bacarmışdı.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
news.milli.az

2Sources