EN

Ürəyi tutan sürücü qəza törətdi Öldü

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan "Ford" markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
7
news.milli.az

9Sources