Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ramazan ayının yaxınlaşması ilə birlikdə sahur süfrələrinin ən çox axtarılan məhsullarından biri yenə tahin olub. Xüsusilə uzun müddət tox saxlaması və yüksək enerji verməsi səbəbilə seçilən bu qida məhsuluna maraq son günlərdə nəzərəçarpacaq dərəcədə artıb. İstehsalçılar bildirirlər ki, əvvəlki aylarla müqayisədə bəzi müəssisələrdə istehsal həcmi rekord səviyyəyə çatıb.Demokrat.az xəbər verir ki, tahin kalsium, dəmir, zülal və sağlam yağ turşuları baxımından zəngindir. Bu xüsusiyyətləri sayəsində orqanizmi uzun müddət tox saxlayır və gün ərzində enerji itkisini minimuma endirməyə kömək edir. Xüsusilə sahurda istehlak edildikdə aclıq hissini gecikdirdiyi üçün Ramazan ayında daha çox üstünlük verilir.İstehsal sahəsində fəaliyyət göstərənlər qeyd edirlər ki, təbii üsullarla və qatqısız hazırlanan tahinə maraq daha yüksəkdir. Alıcılar məhsulun təbii və isti halda təqdim olunmasına üstünlük verir. Artan tələbat fonunda bir çox müəssisədə gündəlik istehsal gücü artırılıb.Qeyd edək ki, tahin təkcə sahur üçün deyil, desertlərdə, səhər yeməklərində və müxtəlif yeməklərin hazırlanmasında da geniş istifadə olunur. Ramazan ayı ərəfəsində isə bu məhsul yenidən süfrələrin əsas qonağına çevrilir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.