EN

Rusiyadan Epşteynlə bağlı qalmaqallı məsələyə reaksiya

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində Ukrayna ilə bağlı yer alan iddialar barədə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, diplomat bu fikirləri “Rusiya. Uşaqlar. Lokteva” adlı Teleqram kanalında paylaşıb.

Zaxarovanın sözlərinə görə, qalmaqallı amerikalı iş adamına aid olduğu bildirilən materiallarda Ukrayna eksperimental texnologiyaların sınaq poliqonu kimi təqdim olunur.

O qeyd edib ki, bu sənədlərin dərcindən sonra əvvəllər səsləndirilən xəbərdarlıqların “Rusiyada mövcud olan məlumatlarla üst-üstə düşdüyü” aydın olur.

Rusiya XİN sözçüsü həmçinin iddia edib ki, 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenski razılıq olmadan orqan götürülməsi ilə bağlı tələbləri yumşaldaraq “qara transplantasiyanı faktiki olaraq qanuniləşdirib”. Zaxarova bu vəziyyəti Kosovoda əvvəllər baş vermiş hadisələrlə müqayisə edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
115
globalinfo.az

1Sources