
ABŞ Prezidenti Donald Trampın administrasiyası Minneapolisdə (Minnesota ştatı) qanunsuz miqrantlarla mübarizənin gücləndirilməsi üzrə əməliyyatın başa çatdığını elan edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin sərhəd nəzarəti üzrə əlaqələndiricisi Tom Homan Minneapolisdə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq və miqrantların saxlanılması üzrə əməliyyatların uğurla həyata keçirilməsi "Operation Metro Surge" proqramının yekunlaşdırılmasına şərait yaradıb.
"Mən bu əməliyyatı dayandırmağı təklif etdim və prezident Tramp razılaşdı", - Homan bildirib.
O qeyd edib ki, qüvvələrin əhəmiyyətli dərəcədə azaldılması artıq bu həftə başlayacaq və gələn həftə davam edəcək. Əlaqələndirici əlavə edib ki, prosesə nəzarət etmək üçün ştatda qısa müddətlik qalmaq niyyətindədir.