AZ

ABŞ Minneapolisdə qanunsuz miqrantlarla sərt mübarizəni dayandırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Minneapolisdə (Minnesota ştatı) qanunsuz miqrantlarla mübarizənin gücləndirilməsi üzrə əməliyyatın başa çatdığını elan edib.

“İki sahil” "NBC News"a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin sərhəd nəzarəti üzrə əlaqələndiricisi Tom Homan Minneapolisdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq və miqrantların saxlanılması üzrə əməliyyatların uğurla həyata keçirilməsi "Operation Metro Surge" proqramının yekunlaşdırılmasına şərait yaradıb.

"Mən bu əməliyyatı dayandırmağı təklif etdim və prezident Tramp razılaşdı", - Homan bildirib.

O qeyd edib ki, qüvvələrin əhəmiyyətli dərəcədə azaldılması artıq bu həftə başlayacaq və gələn həftə davam edəcək. Əlaqələndirici əlavə edib ki, prosesə nəzarət etmək üçün ştatda qısa müddətlik qalmaq niyyətindədir.

Seçilən
12
4
ikisahil.az

5Mənbələr