EN

Fransa yığmasının sabiq futbolçusu Azərbaycanda nə qədər maaş alacaq?

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, "Qəbələ" 2026-cı ilin beşinci transfer əməliyyatını yekunlaşdırıb. "Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonunadək icarə əsasında transfer edib.

Ən son "Valansyen"də çıxış edən fransalı futbolçu bundan əvvəl öz ölkəsində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren", Serbiyada "Çukariçki" kimi komandaların formasını geyinib. Sissoko Fransanın U-19 və U-21 yığmalarının heyətində çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, "Qəbələ" Sissokoya hər ay 10000 dollar əməkhaqqı ödəyəcək. Komanda elitada yerini qoruyarsa, ona bonus olaraq 10 min dollar verilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
1
qaynarinfo.az

2Sources