AZ

Sissoko Azərbaycanda nə qədər maaş alacaq?

"Qəbələ" 2026-cı ilin beşinci transfer əməliyyatını yekunlaşdırıb. "Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonunadək icarə əsasında transfer edib.

Ən son "Valansyen"də çıxış edən fransalı futbolçu bundan əvvəl öz ölkəsində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren", Serbiyada "Çukariçki" kimi komandaların formasını geyinib. Sissoko Fransanın U-19 və U-21 yığmalarının heyətində çıxış edib.

"Ölkə.az" Sportinfo.az-a istinadla xəbər verir ki, "Qəbələ" Sissokoya hər ay 10000 dollar əməkhaqqı ödəyəcək. Komanda elitada yerini qoruyarsa, ona bonus olaraq 10 min dollar verilməsi nəzərdə tutulur.

Seçilən
13
1
olke.az

2Mənbələr