EN

Suriya ordusu "Ət-Tanf" hərbi bazasını nəzarətə götürdü

Suriya silahlı qüvvələri ABŞ-nin öz qüvvələrini çıxardığı Qərb koalisiyasına məxsus "Ət-Tanf" hərbi bazasının ərazisini nəzarət altına alıb.

News365.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin keçid hökumətinin Müdafiə Nazirliyidən məlumat verilib.

"Suriya və ABŞ tərəfləri arasında koordinasiya əsasında Suriya ərəb ordusunun bölmələri "Ət-Tanf" bazası üzərində nəzarəti, eləcə də baza ərazisi və ətrafının təhlükəsizliyinin qorunmasını qəbul ediblər", - deyə məlumatda bildirilib.

Nazirlik, həmçinin qeyd edib ki, Suriya hökumət qüvvələri "Ət-Tanf" səhrasında, Suriya-İraq-İordaniya sərhəd xətti boyunca mövqe tutmağa başlayıblar.

Suriya, İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən "Ət-Tanf" bazası 2014-cü ildə ABŞ rəhbərliyindəki Qərb koalisiyası tərəfindən İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə yaradılıb. Bu baza strateji əhəmiyyətli Dəməşq-Bağdad magistralına nəzarət imkanı yaradırdı.

Chosen
21
35
news365.az

10Sources