AZ

ABŞ Tenef bazasından çıxaraq hərbi qüvvələrini İordaniyaya köçürdü

ABŞ Suriyadakı hərbi mövcudluğunu azaltmaq çərçivəsində ölkənin cənub-şərqində yerləşən strateji əhəmiyyətli Tenef (Əl-Tanf) hərbi bazasından tamamilə çıxıb. Baza­dakı hərbi birliklər və texnika İordaniyaya köçürülüb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya Tenefdəki fəaliyyətini dayandıraraq şəxsi heyəti və avadanlıqları qonşu ölkədəki bazaya nəql edib. Yenidən yerləşdirmənin Suriyadakı hərbi mövcudluğun yenidən təşkili məqsədi daşıdığı bildirilib.

Məlumata əsasən, Suriyada yerləşən təxminən min nəfərlik ABŞ hərbçisi 8 bazadan mərhələli şəkildə çıxarılır. Son 15 gün ərzində koalisiya qüvvələri Tenef bazasından texnikanın çıxarılmasına başlayıb.

Çərşənbə günü hərbi karvanlar bazanı tərk edərək İordaniya sərhədini keçib. Çıxarılma prosesi başa çatdıqdan sonra Suriya Müdafiə Nazirliyinə bağlı bölmələr bazaya daxil olaraq mövqe tutublar.

Seçilən
34
aznews.az

1Mənbələr