18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.
Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.
Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Nurəziz Əzizov | Neftçi |
| 2 | Bilal Hacıyev | Qarabağ |
| 3 | Kamil Həsənov | Neftçi |
| 4 | Uğur Qurbanlı | Qarabağ |
| 5 | Rəşad Gülüşov | Sabah |
| 6 | Atacan Məmmədov | Marcet (İspaniya) |
| 7 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
| 8 | Muhamməd Çodarov | Marcet (İspaniya) |
| 9 | İsmayıl Səfərli | Neftçi |
| 10 | Əli Kiçibəyov | Turan Tovuz |
| 11 | Amin Rzayev | Qarabağ |
| 12 | Sahib Xəlilli | Neftçi |
| 13 | Elgün Duraxanov | Sabah |
| 14 | Eldar Abbasov | Qarabağ |
| 15 | Raul İsaqov | Kəpəz |
| 16 | Nihad Hüseynzadə | Sabah |
| 17 | Ruslan Xasiyev | Şinnik Yaroslavl (Rusiya) |
| 18 | Musa Mustafayev | Zirə |
| 19 | İbrahim Xəlilov | Sabah |
| 20 | Samir Şərifov | Sabah |
| 21 | Pünhan Kərimov | Marcet (İspaniya) |
| 22 | Emin Süleymanov | Neftçi |
| 23 | Əli Bəşirov | Qarabağ |
| 24 | Rüstəm Hüseynli | Neftçi |
| 25 | Kamal Zülfiyev | Sumqayıt |
| 26 | Nicat Kərimov | Sabah |
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Qeyd edək ki, fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.