18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.


Rekord.az xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.


Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.


Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.


Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.


1. Nurəziz Əzizov - Neftçi

2. Bilal Hacıyev - Qarabağ

3. Kamil Həsənov - Neftçi

4. Uğur Qurbanlı - Qarabağ

5. Rəşad Gülüşov - Sabah

6. Atacan Məmmədov - Marcet (İspaniya)

7. Səttar Tahirzadə - Marcet (İspaniya)

8. Muhamməd Çodarov - Marcet (İspaniya)

9. İsmayıl Səfərli - Neftçi

10. Əli Kiçibəyov - Turan Tovuz

11. Amin Rzayev - Qarabağ

12. Sahib Xəlilli - Neftçi

13. Elgün Duraxanov - Sabah

14. Eldar Abbasov - Qarabağ

15. Raul İsaqov - Kəpəz

16. Nihad Hüseynzadə - Sabah

17. Ruslan Xasiyev - Şinnik Yaroslavl (Rusiya)

18. Musa Mustafayev - Zirə

19. İbrahim Xəlilov - Sabah

20. Samir Şərifov - Sabah

21. Pünhan Kərimov - Marcet (İspaniya)

22. Emin Süleymanov - Neftçi

23. Əli Bəşirov - Qarabağ

24. Rüstəm Hüseynli - Neftçi

25. Kamal Zülfiyev - Sumqayıt

26. Nicat Kərimov - Sabah


19 fevral

13:50. Azərbaycan – Rusiya 


20 fevral

14:20. Azərbaycan – Özbəkistan


21 fevral

16:40. Belarus – Azərbaycan


Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.