Bakı. Trend:
Rusiyada “WhatsApp” bloklanıb. Belə ki, mesajlaşma tətbiqinindomeni “suveren Runet” haqqında qanun çərçivəsində yaradılmışinfrastruktur – Milli Domen Adları Sistemi (NSDİ) qeydlərindən yoxaçıxıb.
Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.
Hazırda messencerə giriş yalnız VPN vasitəsilə mümkündür.
Bildirilir ki, bundan əvvəl fevralın 10-da NSDİ-dən “YouTube”labağlı məlumatlar silinib, Rusiya provayderlərində "Youtube.com"domeni “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiyatexnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrəFederal Xidmətin qısaldılmış adıdır -red ) DNS-serverlərindəntamamilə itib.
Bu isə o deməkdir ki, platforma sadəcə ləngidilməyib,tənzimləyicinin sistemində tamamilə söndürülüb. Daha sonra məlumolub ki, eyni hal “WhatsApp.com” domeni ilə də baş verib.